Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində Pedaqoji şuranın iclasları keçirilib. İclaslarda regional idarənin nümayəndələri, musiqi, incəsənət məktəblərinin rəhbərliyi və məktəblərin müəllim heyəti iştirak edib.

Şura iclaslarında gündəlikdə duran məsələlər müzakirə olunaraq görülən işlərdən, tədris ili ərzində məktəbin nailiyyətlərindən və qarşıda duran vəzifələrdən danışılıb.

Əvvəlcə musiqi məktəblərinin ayrı-ayrı şöbələrinin hesabatları dinlənilib. Sonra tədris ili ərzində müəllimlərin iş fəaliyyəti, tədrisin səviyyəsi və keçirilən tədbirlər, metodiki mühazirələr, açıq dərslər, il ərzində əldə edilmiş nəticələr müzakirə olunub.