Fevralın 27-dən martın 4-dək Rusiya Federasiyasının Suzdal şəhərində animasiya filmlərinin 18-ci açıq festivalı keçiriləcək. Festival çərçivəsində ilk dəfə MDB və Baltikyanı ölkələrin Animasiya Filmləri Forumu təşkil olunacaq. Azərbaycanlı rejissor və rəssam, “Birlik” studiyasının bədii rəhbəri Firəngiz Qurbanova da tədbirə dəvət alıb. Forumda “Fitnəkar milçək” (rejissor F.Qurbanova) və “Səmada şəkil” (rejissor C.Əhədov) adlı cizgi filmlərimiz nümayiş olunacaq.