Fevralın 12-də saat 19.00-da Nizami Kino Mərkəzində rejissor Şamil Əliyevin "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi "Çölçü" bədii filminin təqdimatı keçiriləcək. Ekran əsərinin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Xəlil Əminov, bəstəkarı Rauf Əliyev, prodüserləri Müşfiq Hətəmov və Azər Quliyevdir. Rollarda Bəhruz Vaqifoğlu, Salome Demuriya, Vidadi Həsənov, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və başqaları çəkilib.