Martın 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Milli kinonun xüsusiyyətləri” adlı solo konsert keçiriləcək. Tamaşaçıları Rusiya Dövlət mükafatı laureatı, “Qızıl qartal” (“Zolotoy oryol”) kino mükafatı laureatı, populyar teatr və kino artisti Viktor Bıçkov ilə maraqlı görüş gözləyir.
   Artıq on beş ildir ki, tamaşaçılar aktyorun rol aldığı “Milli ovun xüsusiyyətləri”, “Milli balıqçılığın xüsusiyyətləri” və digər filmlərə baxmaqdan doymurlar. Bu dəfə isə tamaşaçılar “Qeyri-adi kordon”un qonağı olmaq, ov etmək və balıq tutmaqla yanaşı, əfsanəvi filmin davamının iştirakçısı ola biləcəklər.