Respublikamızın ilk müasir kinoteatrlarından olan “Park Cinema” paytaxtda ikinci baxış meydançasını istifadəyə verməyə hazırlaşır. “Park Cinema”dan bildiriblər ki, martda “Metropark” ticarət və əyləncə mərkəzində “Metro Cinema” kinoteatrı öz qapılarını kino həvəskarlarının üzünə açacaq.
   “Metro Cinema” ən yeni kinoproyeksiya avadanlığı ilə təchiz olunub. Burada ilk dəfə olaraq proyeksiya otağı olmayan yeni proyeksiya sistemi tətbiq ediləcək. Tamaşaçılar həmçinin 3D və 3D HFR formatlarının effektlərindən zövq ala biləcəklər. Təqdim olunan zəngin repertuar isə istənilən yaş həddi və müxtəlif zövqlərə cavab verəcək.