Fevralın 23-də Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar anım mərasimi və "Xoca" filminin təqdimatı keçirilib.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində gerçəkləşən mərasimdə çıxış edən səfir Hüseyn Quliyev Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı barədə danışıb. Mərkəzin foyesində sərgi və stendlərdə Xocalı faciəsinə dair nəşrlər nümayiş etdirilib. Sonra rejisor Vahid Mustafayevin "Bakıfilm" kinostudiyasında lentə aldığı "Xoca" filmi nümayiş etdirilib.