Paytaxtın “28 Mall” ticarət və əyləncə mərkəzindəki “28 Cinema” kinoteatrı kinosevərlərə yenilik təqdim edir. Kinoteatr mütəmadi olaraq türk filmlərinin və Hollivud filmlərinin türk dilində nümayişinə başlayıb. Gün ərzində 3-dən çox seans təqdim olunacaq. Artıq aprel ayınadək seansların təqvimi və saatları açıqlanıb.