Qax rayonunun Qaşqaçay kəndində Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə rayonun ziyalıları və gənclər iştirak ediblər. 5 saylı orta məktəbin direktoru S.Əsgərova, Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi D.Əzizova, Qax MKS-nin direktoru G.Əhmədova, kənd bələdiyyəsinin sədri R.Cəlilov, şəhid ailələrindən Tahirə xanım, Şükufə xanım çıxış ediblər.

Cavanşir Rəhimovun qısa və mənalı həyat yolundan söhbət açılıb.

Şəhidin anası Lalə Rəhimova sonda çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Gənclər vətənpərvərlik mövzulu mahnı və şeirlər oxuyublar. Sonda Milli Qəhrəman haqqında “Cavanşir” sənədli filmi nümayiş olunub.