Ötən il “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Dolu” filminin növbəti təqdimatı aprelin 24-də Naxçıvan şəhərindəki “Gənclik” mərkəzində keçirilib.
   Mərasimdə əvvəlcə filmin ssenari müəllifi, yazıçı, millət vəkili Aqil Abbas Qarabağ müharibəsindən bəhs edən əsərin ərsəyə gəlməsi haqqında danışıb. “Dolu” filminin Naxçıvanda yüksək səviyyədə təqdimatından məmnunluğunu bildirən yazıçı kinolentin çəkilişləri haqqında da məlumat verib. Film Qarabağ müharibəsində vətən yolunda son nəfəsinədək döyüşən Azərbaycan oğullarının şücaətindən bəhs edir.
   Ekran əsərinin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Xalq artisti Polad Bülbüloğlu, icraçı prodüseri isə Nadir Əliyevdir. Ekran əsərində Məmməd Səfa, Şamil Süleymanov, Fuad Poladov, Rza Rzayev, Elvin Əhmədov, Fərhad İsrafilov və başqaları çəkiliblər. Film tamaşaçılarda böyük təəssürat yaradıb.
   
   Fariz Yunisli