Uşaqların ictimai fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Uşaqların sevinci bizim sevincimizdir” devizi altında 2 avqustda açıq elan edilmiş “yay məktəbi” sona çatıb.

Sentyabrın 5-də layihənin yekun tədbiri keçirilib. Mərkəzin əməkdaşı Bahar Abasova uşaqlara “yay məktəbi” çərçivəsində qazanılan biliklərin əhəmiyyətindən bəhs edib. Həmçinin tədbir zamanı uşaqlarla sual-cavab formasında müzakirələr, söhbətlər aparılıb.

Tədbirin sonunda “yay məktəbi”nin iştirakçıları Heydər Əliyev Mərkəzinin kollektivi ilə xatirə şəkli çəkdirib.