Salyan rayon Mədəniyyət mərkəzində seminar keçirilib. Mədəniyyət mərkəzinin direktoru Lətif Zərbəliyev tədbirdə mədəniyyət və klub müəssisələrinin iş qrafiki, görülən işlər və qarşıdakı tədbirlər haqqında məlumat verib, daxili nizam-intizam məsələləri müzakirə olunub.

Sonra Biləsuvar Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə baş məsləhətçisi Günaydın Əhədova mədəniyyət müəssisələrində kargüzarlıq işlərinin daha da təkmilləşdirilməsi haqqında danışıb və tövsiyələrini verib.