Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmak mayın 25-də “Acıtan yürek” filminin seçim turları ilə bağlı Bakıya gələcək. Türkiyənin ən çox izlənilən “Kayb olan yıllar” serialında baş rolun ifaçılarından olan məşhur aktyor Saruhan Hunel (Əsmər) də Bakıya gələcək. O, filmin seçim turlarına münsif kimi qatılacaq. Filmin çəkilişləri Azərbaycanda Bakı və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşəcək. Filmin seçim turları Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvanda keçiriləcək.