Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Polkovnikin xəzinəsi” adlı yeni kinokomediyanın çəkilişlərinə hazırlıq prosesi gedir. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun sözlərinə görə, ekran əsərinə rejissor Fikrət Əliyev quruluş verəcək. Filmin ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyevdir. Film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Çəkilişlərə gələn həftə başlanılacaq.