Gədəbəydə Qarabağ müharibəsinin iştirakçısı olmuş keçmiş döyüşçülər, şəhid ailələri və Azərbaycanın Milli Qəhrəmanları ilə görüş keçirilib. Görüşdə xalqımızın qəhrəmanlıq ənənələrindən, eləcə də yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün həyata keçirilən tədbirlərdən söhbət açılıb.
   Sonra “Alınmaz qalanın qəhrəmanları” sənədli filmi təqdim edilib.
   Film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə çəkilib. Düşmənlə 123 kilometrlik sərhədi olan Gədəbəy bölgəsində igidlik göstərərək şəhid olmuş dörd Milli Qəhrəmanın - Məzahir Rüstəmovun, Aytəkin Məmmədovun, İlham Əliyevin və İsgəndər Aznavurovun şərəfli ömür və döyüş yolundan ətraflı bəhs edən ekran əsəri rayon ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.