Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Motivlər...” adlı kinoalmanaxın çəkilişlərinə başlanılıb. “Motivlər...” kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsində “Adari Films” tərəfindən qalib layihə kimi təsdiqlənib. Kinoalmanaxda xaricdə kino təhsili almış altı azərbaycanlı gəncin çəkəcəyi altı qısametrajlı filmlər yer alacaq.
   Layihə çərçivəsində ilk olaraq rejissor Rüfət Həsənovun “Bazar günü” qısametrajlı filminin çəkilişlərinə start verilib. Rüfət Həsənov Bates College-nin (ABŞ) kino və teatr rejissorluğu fakültəsinin məzunudur, beş filmin müəllifidir.