Azərbaycanda keçirilən I Milli Kitab Mükafatının (MKM) qaliblərinin adı mayın 23-də açıqlanacaq. MKM-in təşkilat komitəsindən verilən məlumata görə, əvvəlcə mayın 1-nə nəzərdə tutulan tədbir münsiflər heyətinin hələ də bir qərara gəlməməsi səbəbindən uzadılıb. Hazırda mükafatın ilk onluğuna düşmüş yazıçıların əsərləri çapa hazırlanır. İlk kitab bu həftə çap olunacaq. Mayın 23-də isə artıq mükafatın I, II və III yer sahibləri məlum olacaq.
   Qeyd edək ki, “Top-10”da Şərif Ağayar, Əlabbas Bağırov, Nəriman Əbdülrəhmanlı, Samit Əliyev, Eyvaz Əlləzoğlu, Elxan Qaraqan, Kamran Nəzirli, Əjdər Ol, Rafiq Tağı və Fəxri Uğurlunun əsərləri yer alıb. Müsabiqəyə ümumilikdə 265 əsər təqdim olunub. Onlardan 205-i Azərbaycan, 60-i rus dilindədir.