Yardımlı rayonu Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidənin ərazisində qazıntı işlərinin aparıldığı aşkarlanıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, naməlum şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidəyə qanunsuz müdaxilə olunması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.