Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Axınla üzüaşağı" bədii filminin çəkilişləri davam edir. İyun ayının 16-da başlanan çəkilişlər Mingəçevirdə "Kür" Olimpiya Mərkəzində, Mingəçevir su anbarında, su elektrik stansiyasında və şəhərin digər yerlərində aparılır.
   Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyevdir.
   Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.