Mükafatların təltifolunma mərasimi Şamaxı şəhərində keçirildi
      
   Ötən həftə Şamaxı şəhərinin Mədəniyyət Sarayında “Yeni adlar” ədəbi gənclərin şeir və hekayə müsabiqəsinin qaliblərinə mükafat və diplomlar təqdim edildi.
   Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elan olunmuş “Yeni adlar” ədəbi gənclərin müsabiqəsinə mart ayından başlayaraq 2 nominasiya üzrə (şeir və hekayə) əsərlərin qəbulu elan edilib.
   “Yeni adlar” ədəbi gənclərin müsabiqəsinə əsərlərin qəbulu aprel 1-də başa çatıb və Azərbaycanın müxtəlif bölgələrindən hər iki nominasiya üzrə daxil olan 62 əsər oxunmaq üçün münsiflər heyətinə verilib.
   Aprelin 20-dək bütün əsərlər oxunaraq qiymətləndirilib, müsabiqənin qalibləri əsasnaməyə uyğun olaraq aşağıdakı şəkildə müəyyənləşdirilib:
   I mükafat (400 manat) və diplom ilə təltif olunur - Nəcəfov Elvin Bəkir oğlu - Beyləqan rayonu (şeirlər silsiləsinə görə);
   I mükafat (400 manat) və diplom ilə təltif olunur - İbrahimova Sahilə Xosrov qızı - Sumqayıt şəhəri (“Qorxu” hekayəsinə görə);
   II mükafat (300 manat) və diplom ilə təltif olunur - Cəfərov Əyanat Mamed oğlu - Laçın rayonu (şeirlər silsiləsinə görə);
   II mükafat (300 manat) və diplom ilə təltif olunur - Həsənov Ayxan Eyvaz oğlu - Bakı şəhəri (“Bruslinin çətin anları” hekayəsinə görə);
   III mükafat (200 manat) və diplom ilə təltif olunur - Abdullalı Aytən Təhmasib qızı - Şamaxı rayonu (şeirlər silsiləsinə görə);
   III mükafat (200 manat) və diplom ilə təltif olunur - Abdullayev Mövlud İsmayıl oğlu - Bakı şəhəri (“Son zəng” hekayəsinə görə);
   Həvəsləndirici mükafat (150 manat) və diplom ilə təltif olunur - Əlibəyov Orxan Səfər oğlu - Füzuli rayonu (şeirlər silsiləsinə görə);
   Həvəsləndirici mükafat (150 manat) və diplom ilə təltif olunur - Səmədzadə Aydan-Sevinc Nurqələm qızı - Bakı şəhəri (“Quru budaq” və “Günəş və ay” hekayələrinə görə);
   Həvəsləndirici mükafat (150 manat) və diplom ilə təltif olunur - Hüseynova Səlimə Qalib qızı - Bakı şəhəri (şeirlər silsiləsinə görə);
   Həvəsləndirici mükafat (150 manat) və diplom ilə təltif olunur - Quliyeva Pərvanə Rasim qızı - Ağdam rayonu (“Günah” hekayəsinə görə).
   
   Təqdimetmə mərasimində hazırda ABŞ-da təhsil alan gənc şairə Səlimə Qabilqızından başqa bütün laureatlar iştirak edirdi.
   Tədbiri giriş sözü ilə Şamaxı rayon Mədəniyyət və turizm şöbəsinin əməkdaşı Rəfail Tağızadə açaraq qonaqları salamladı və sözü nazirliyin Nəşriyyat sektorunun müdiri, şair, Əməkdar incəsənət xadimi, müsabiqənin münsiflər heyətinin sədri Çingiz Əlioğluna verdi.
   Azərbaycan dövlətinin gənc qələm adamlarına göstərdiyi diqqətdən danışan Ç.Əlioğlu bu diqqətin artıq öz bəhrəsini verdiyini söylədi, müsabiqənin gedişindən, təqdim olunan əsərlərin bədii məziyyətlərindən söz açdı.
   Ardınca qaliblərin təltifolunma mərasimi keçirildi.
   Mükafat və diploma layiq görülən yazarlar yeni ədəbiyyata göstərdiyi diqqətə görə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər, gənc şairlər müsabiqədə qalib gələn şeirlərindən nümunələr oxudular. Gənclərin çıxışları alqışlarla qarşılandı.
   Təqdimat mərasimində tar və kamanın müşayiəti ilə Şamaxının gənc xanəndələri təsnif, muğam və xalq mahnıları ifa etdilər.
   
   Vüsal