Xalq artisti Amaliya Pənahova avqustun 28-də Moskvaya gedib. Aktrisa “Mosfilm” studiyasının bazasında “ORT” Rusiya kanalının sifarişi ilə “Jasmin” adlı serialın çəkilişində iştirak edəcək. Xalq artisti bildirib ki, 200 seriyalıq yeni serialda ona baş rollardan biri həvalə olunub. O, filmdə türk qadını obrazını canlandıracaq.