Azərbaycan rejissoru İlqar Nəcəfin “Buta” bədii və Rusiyada yaşayan həmvətənimiz Rodion İsmayılovun “Doğma ocaq” sənədli filmləri Avstriyanın paytaxtı Vyanada keçirilən “LET`S CEE” kinofestivalının siyahısında yer alıb. Sentyabrın 21-dək davam edəcək festivalda Mərkəzi və Şərqi Avropa ölkələrində istehsal olunan aktual mövzulu bədii və sənədli filmlər, eləcə də qısametrajlı ekran əsərləri nümayiş olunur. “Buta”nın rejissoru İlqar Nəcəfin verdiyi məlumata görə, ilk dəfə olaraq festivalda Azərbaycan filmlərinə yer ayrılıb. “LET`S CEE” kinofestivalının nəticələri sentyabrın 21-də elan olunacaq. Festivalda 30 ölkədən 60-dan artıq film nümayiş etdirilir.