Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonunun Lahıc qəsəbəsi haqqında ekranlaşdırılan sənədli film artıq tamamlanmaq üzrədir. Ekran əsərinin rejissoru və ssenari müəllifi Xalq artisti Tofiq İsmayılovdur. Filmdə Lahıcın tarixi keçmişindən, bu günündən, əhalisinin məşğuliyyətindən, xalq sənətkarlığından bəhs edilir. Qəsəbənin tarixi-memarlıq abidələri, nadir təbiəti və qədim sənət növlərinin əks olunduğu bu ekran əsəri hazırda montaj ərəfəsindədir və ilin sonunadək təhvil veriləcək.