Rejissor Cavid Əhədovun Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Birlik” kinostudiyasında çəkdiyi “Səmada şəkil” animasiya filmi oktyabrın 14-dən 20-dək Almaniyada keçiriləcək XVIII beynəlxalq “Şlingel” kinofestivalının müsabiqə proqramına daxil edilib.
“Şlingel” (almancadan tərcümədə “dəcəl”) Almaniyada uşaq və yeniyetmələr üçün filmlərin ən böyük beynəlxalq festivalıdır. Festival hər il Kemnitse şəhərində keçirilir.
Gənc rejissor C.Əhədovun “Səmadə şəkil” filmi dəfələrlə beynəlxalq kinofestivallarda iştirak edib.