C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə “Nabat” adlı yeni tammetrajlı bədii filmin istehsalına başlanılıb. Hərbi-vətənpərvərlik mövzusunda olan filmin çəkilişləri hazırda İsmayıllı rayonunun Lahıc qəsəbəsinin Həftəsiyab kəndində aparılır.
Filmin ssenari müəllifləri İlqar Fəhmi, Elxan Nəbi və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, rejissoru Rövşən Ağayev, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Arif Səfərovdur. Ekran əsərində baş rolu İrandan dəvət olunmuş aktrisa Fatimə Motomedareya ifa edir. Rollarda Ramil Zeynalov, Rəhilə Məmmədova, Həsənağa Səfərov, Sabir Məmmədov, Vüqar Məmmədəliyev və başqaları çəkilir.
Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha göz önündə canlandırır.