Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Polkovnikin xəzinəsi” (“Son dayanacaq”) tammetrajlı bədii filmin çəkilişləri başa çatıb. Kinostudiyadan bildiriblər ki, hazırda ekran əsəri üzərində tamamlanma işləri gedir.
Filmin rejissoru Fikrət Əliyev, ikinci rejissor Akif Rüstəmov, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur.
Qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edən, ironik komediya janrında filmin çəkilişləri Bilgəh qəsəbəsindəki Qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.