Oktyabrın 30-dan Bakıda IV Avropa Film Festivalına start verilir. Festival çərçivəsində kinosevərlər 17 filmi izləmək imkanı qazanacaqlar. Bu il festivalın proqramına Azərbaycan, Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Böyük Britaniya filmlərinin nümayişi daxildir. Layihə Avropa İttifaqının Bakı nümayəndəliyi və Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirlikləri tərəfindən təşkil olunur.
Filmlər Park Cinema (Park Bulvar), Park Cinema (Metro Park) və Nizami Kino Mərkəzində nümayiş olunacaq. Hər film 2 sessiya ilə nümayiş etdiriləcək.