Ağcabədi rayonundakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə ümummilli liderin anım gününə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı məqalə müsabiqəsi keçirilib. Müsabiqədə respublikada fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin elmi işçiləri iştirak ediblər.

Neftçala rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülay Əliyeva 1-ci yerə, Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Fidan Kazımzadə 2-ci yerə, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Xanım Ağayeva 3-cü yerə layiq görülüb.

Qaliblərə diplomlar və “Heydər Əliyev və Ağcabədi” adlı kitab təqdim olunub.