Quba Soyqırımı Memorial Kompleksi rəhbərliyinin təşəbbüsü ilə əməkdaşlar ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri xiyabanını ziyarət ediblər. 

Kompleks əməkdaşları həmçinin Bakının ən gözəl memarlıq nümunələrindən olan Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən unikal eksponatlarla tanış olublar.

* * *

Sabirabaddakı Heydər Əliyev Mərkəzində ulu öndərin anım günü ilə əlaqədar tədbir keçirilib. Rayon Mədəniyyət mərkəzi və Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı, N.Nərimanov adına orta məktəbin şagirdlərinin iştirakı ilə keçirilən mərasimdə dahi siyasətçi haqqında film nümayiş olunub. Mədəniyyət mərkəzinin rəsm dərnəyi üzvlərinin əl işlərinə və Tarix-diyarşünaslıq muzeyinin təşkil etdiyi sərgiyə baxış keçirilib.

* * *

Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxanası S.Vurğun adına şəhər parkında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Qürurumuzsan... Sərvətimizsən!..” adlı səyyar sərgi təşkil edib. Sərgidə ümummilli liderin ömür yolunu işıqlandıran nəşrlər oxuculara təqdim olunub.