Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən «Arşın mal alan» filmi yeni ekran həyatını yaşayır. Dekabrın 10-da Heydər Əliyev Mərkəzində rəngli «Arşın mal alan»ın premyerası keçiriləcək.
Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib. Filmi təkcə ekrana çıxdığı il 16 milyon tamaşaçı izləyib. “Arşın mal alan” indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub.