Amerika kino sənayesinin ən önəmli hadisələrindən olan “Qızıl qlobus” mükafatının 72-ci təqdimat mərasimi yanvarın 12-də Los-Ancelesdə baş tutacaq. “Hollivud xarici mətbuat assosiasiyası” tərəfindən 1944-cü ildən təqdim edilən mükafatın növbəti namizədləri açıqlanıb. Ən yaxşı ekran əsəri adına “12 il köləlik”, “Kapitan Filips”, “Qravitasiya”, “Yarış” və “Filomena” filmləri namizəddir. “Ən yaxşı dramatik aktrisa” nominasiyasına Keyt Blanşet, Sandra Ballak, Emma Tompson və Cudi Denç iddia edir. “Ən yaxşı kişi rolu” uğrunda Çivetel Eciofor, Metyu Makkonahi, Tom Henks, İdris Elba və Robert Redford mübarizə aparacaq.