Dekabrın 26-da Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Arif Babayevin anadan olmasının 85 illiyi münasibətilə tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, quruluş verdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.