Bu il mayın 14-dən 25-dək Kannda keçiriləcək 67-ci kinofestivalın münsiflər heyətinə Yeni Zelandiyalı rejissor Ceyn Kempion başçılıq edəcək. Bu barədə festivalın rəsmi saytında məlumat verilib.
Ceyn Kempion Kann festivalının tarixində iki dəfə “Qızıl palma budağı” mükafatını qazanmış yeganə qadın rejissordur. 1986-cı ildə o, həmin mükafata “Bir idman növü üzrə təmrinlər” adlı qısametrajlı filmə görə, 1993-cü ildə isə “Pianino” filminə görə layiq görülüb.
2001-ci ildən Kann kinofestifalının prezidenti vəzifəsində çalışan Jil Jakob deyib: “Ceyn Kempion bu festivala özü ilə bərabər yeni üslub gətirdi, “Şirin qadın”, “Pianino”, “Parlaq ulduz” kimi filmlər yarandı”.
Kempionun “Parlaq ulduz” adlı sonuncu filmi 2009-cu ildə Kannda təqdim olunub.
Kempion münsiflər heyətinin rəhbəri vəzifəsində 66-cı Kann kinofestivalının münsiflər heyətinin sədri olmuş məşhur amerikalı rejissor və prodüser Stiven Spilberqi əvəz edəcək.