Rejissor Ziya Şıxlinskinin görkəmli fırça ustası, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahova həsr etdiyi “Ürəklə şəkil çəkən rəssam” sənədli filmi Parisdə keçiriləcək tədbirdə nümayiş olunacaq. Tahir Salahovun 85 illik yubileyi münasibətilə təşkil ediləcək tədbirin 2014-cü ilin fevral-mart aylarında keçirilməsi nəzərdə tutulub. Hazırda filmin fransız dilinə tərcüməsi üzərində iş gedir.