“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında açılan rəsm sərgisi davam edir.

“Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqənin yekun sərgisi Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb.

Gənc və həvəskar rəssamların yaradıcı inkişafı üçün nəzərdə tutulan müsabiqənin kuratoru Natalya Yarkovayadır. Sərgidə onların fərqli texnikada işlənən sənət əsərləri nümayiş edilir.

Sərgi yanvarın 10-dək ziyarətçilər üçün açıq olacaq.