Yanvarın 14-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həvəskar rejissorlar üçün “Gənc Azərbaycan” qısametrajlı film festivalı keçirilib. Humay Fərəcovanın rəhbərlik etdiyi festivalda on ekran işi nümayiş etdirilib, onlardan üçü mükafata layiq görülüb.
Qeyd edək ki, “Gənc Azərbaycan festivalına 10 noyabr tarixində start verilib. Layihənin məqsədi gələcəyin potensiallı rejissorlarını, ssenaristlərini üzə çıxarmaq və onlar üçün şərait yaratmaq, stimul qazandırmaqdır. Festival həmçinin ölkəmizin gözəl guşələrindən birini, tarixi abidələrini göstərmək və son illər Azərbaycanın mədəniyyətinin, iqtisadiyyatının necə inkişaf etdiyini göstərmək niyyəti daşıyır.
Şərtə görə festivalda iştirak etmək üçün 5-10 dəqiqəlik filmlər təqdim edilib.