Azərbaycan Teatr Xadimləri İttifaqı “10 mart Milli Teatr Günüdür” mövzusunda rəsm müsabiqəsi elan edib.

İttifaqdan bildirilib ki, müsabiqəyə təsviri sənətin qrafika növündə və plakat janrında (afişa, proqram və s.) işlənmiş əsərlər qəbul olunur. Müsabiqədə peşəkarlarla yanaşı, tələbə rəssamlar da iştirak edə bilər. Əsərlər müvafiq ərizə ilə birlikdə martın 1-dək Teatr Xadimləri İttifaqının Yaradıcılıq şöbəsinə təqdim edilməlidir.

Qaliblər 10 mart – Milli Teatr Günü münasibətilə keçiriləcək tədbirdə təltif (birinci yerin qalibinə 250, ikinci yerə 200, üçüncü yerə 150 manat pul mükafatı) olunacaq.