Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb. Tələbələr mərkəzdə təcrübə keçmək şansı əldə edəcəklər. ATGTİ-dən bildiriblər ki, əməkdaşlığın məqsədi müxtəlif ixtisaslı tələbələrin təcrübəyə cəlb edilməsi, onların kinoprodüserlik, aktyorluq, kinorejissorluq və digər sahələrdə biliklərinin, habelə təhsil müəssisəsini bitirdikdən sonra işlə təmin olunmaq imkanlarını artırmaqdır.