Yanvarın 14-də “İrşad” hotelində tanınmış rəssam Soltan Soltanlının rəngkarlıq əsərlərindən ibarət “Yüksək ideyalar yolunda“ adlı sərgisi açılacaq. Sərgidə rəssamın son iki ildə yaratdığı 30 rəngkarlıq əsəri nümayiş etdiriləcək.

S.Soltanlı təsviri sənətin rəngkarlıq, qrafika və karikatura sahələrilə məşğul olur. Rəssam uzun illərdir ölkəmizi beynəlxalq yarışma və sərgilərdə layiqincə təmsil edərək mükafatlara layiq görülüb.

Onun yaradıcılığı çağdaş rəssamlığın uğurlu örnəklərindəndir. Əsərləri üçün fəlsəfilik, məntiqilik və yüksək bədiilik xarakterikdir.

Rəssamın yaradıcılığı haqqında ətraflı məlumatı www.soltan-soltanli.com saytından əldə etmək olar.