“YARAT” Müasir İncəsənət Məkanı pop-ap janrında dünyanın ən nəhəng “Future Shorts” qısametrajlı film festivalının qış mövsümünün açılışını elan edib. Mövsümdə 6 film nümayiş olunacaq.
Tamaşaçılara əvvəlcə Eduardo Uilliamsın “Mən daim düşürəm” filmi təqdim ediləcəkdir. Film onları Paris metrosunun dərinliyinə qərq edəcək. Onun ardınca kinosevərlər polşalı rejissor Yakub Stoşekin ərsəyə gətirdiyi “Əlçatmaz məkanda” filmini izləyəcəklər.
Bundan əlavə, tamaşaçılar “Görünməz nöqtə” cizgi filminə (Fransa), “Dovşanlar ölkəsi” (Serbiya), “Görüş” (Finlandiya) və 2011-ci ildə Əfqanıstanda rejissor Sem Frençin çəkdiyi “Buzxaşidən olan uşaqlar” filminə baxa biləcəklər.
Ekran əsərləri fevralın 7-dən 9-dək “Cinemalux” kinoteatrında nümayiş olunacaq.