Fevralın 7-də London Kral Kollecində Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək Azərbaycan axşamı çərçivəsində “Arşın mal alan” filmi nümayiş etdiriləcək. Filmin nümayişi Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, ASAİF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu) və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi ilə baş tutacaq. “Arşın mal alan” filmi 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib. Film Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa olunub və rənglənib.