26 fevral Xocalı faciəsinin ildönümündə Nizami Kino Mərkəzində “Mən evə qayıdıram” filminin təqdimatı keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında çəkilən filmin rejissoru Samir Kərimoğlu, ssenari müəllifi İsmayıl Səfərli, operatoru Ayxan Səfər, rəssamı Əziz Məmmədov, icraçı prodüseri Nazim Hüseynovdur.
Filmdə Yaşar Nuri, Fuad Poladov, Elçin Mehdi, Kamran Ağabalayev, Azər Aydəmir və başqa aktyorlar rol alıblar.

Lalə