İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində istedadlı gənc yazar Fərid Sadıqovla görüş keçirilib.

Tariximizə, ədəbiyyatımıza böyük marağı olan Fərid bir çox mövzularda qələmini sınayıb. Onun “Türk oğlu”, “Şəhidim”, “Zəmanə”, “Tər gül”, “A dağlar” və s. şeirləri ahəngdarlığı, tarixi əhatə baxımından maraqlı poetik nümunələrdir. O, həmçinin Mikayıl Müşfiqin 110 illiyinə şeir yazıb. Şeirlərindən ibarət kitabını hazırlamaq üçün böyük səylə çalışır.

Görüşdə gənc şairin yaradıcılığından söz açılıb, məktəblilərin ifasında şeirləri səslənib.