Aprelin 30-da Dövlət Film Fondunda görkəmli kinorejissor Niyazi Bədəlovun xatirə gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkil etdiyi tədbirdə sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, onun quruluş verdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri səslənəcək.