Mayın 7-də Nizami Kino Mərkəzində Azərbaycan Dövlət Film Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçiriləcək. Tədbirdə ulu öndərin Azərbaycan kinematoqrafçılarının yaradıcılığının reallaşmasında, ümumən milli kinomuzun inkişafında tarixi xidmətlərindən, mədəniyyətə diqqət və qayğısından söz açılacaq.