“Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə “Əsgərin şücaəti” adlı yeni tammetrajlı bədii filmin istehsalına başlanılıb. İlk çəkilişləri Belarusun Brest şəhərində aparılan film II Dünya müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunub. Yeni ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru isə Nadir Mehdiyevdir.