Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və İstanbul TV Forumun dəstəyi ilə artıq ikinci dəfə təşkil edilən “SETEM Akademiyası” kino müsabiqəsinin beynəlxalq bölümünə türkdilli ölkələr də qatıla biləcək. Tədbirin beynəlxalq hissəsinin tanıtımı TÜRKSOY tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən qısametrajlı film istehsalçıları mayın 31-dək ekran əsərlərini SETEM Akademiyasına (bakakademiodulleri@setemakademi.com) göndərə bilərlər.
SETEM (Kino və Televiziya Əsəri Sahibləri Məslək Birliyi) üzvlərindən ibarət münsiflər heyəti finala çıxan üç filmi müəyyən edəcəklər. Bu filmlər www.setemakademi.com saytında səsvermə üçün tamaşaçılara təqdim olunacaq. Müsabiqəyə 14 iyunda yekun vurulacaq.
Mehparə