Nizami Kino Mərkəzi mayın 29-dan Linda Vulverton və Co Rinaldinin ssenariləri əsasında rejissor Robert Stromberqin ekranlaşdırdığı “Malefisent” filminin nümayişinə başlayıb. Fantaziya, döyüş və melodram janrında çəkilmiş “Malefisent” filmini tamaşaçılar türk dilində 3D formatında izləyə biləcəklər.
Nağıl məxluqlarının əhatəsində meşədə yaşayan gözəl, təmiz ürəkli Malefisent adlı sehrbaz qız çox sakit həyat tərzi keçirir. Günlərin birində meşəyə daxil olan insanlar oranı darmadağın edirlər və Malefisentin yumşaq qəlbi daşa dönməyə başlayır. İntiqam hissi ilə yanan sehrbaz qız qəddar kralın yeni doğulmuş övladı Avroranı lənətləyir. Eyni zamanda yalnız Avroranın krallığa və meşəyə xoşbəxtlik və əmin-amanlığı qaytara biləcəyini başa düşür...
Filmdə Malefisent rolunu məşhur Amerika aktrisası Ancelina Coli canlandırıb.