Sumqayıt Dövlət Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120 illik yubileyləri münasibətilə iki tamaşa hazırlanacaq.

Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov bildirib ki, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Cəfər Cabbarlının “Aydın” əsərləri səhnəyə qoyulacaq.

“Danabaş kəndinin əhvalatları”na baş rejissor özü quruluş verəcək. Cəfər Cabbarlının “Aydın” pyesi isə Xalq artisti, rejissor Vaqif Əsədovun quruluşunda hazırlanacaq. O, həmçinin  məşqləri davam edən Əli Əmirlinin “Sevgilim Sumqayıt” tamaşasının iyunda təhvil veriləcəyini bildirib.