Sentyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında görkəmli ədəbiyyatşünas alim, akademik, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Bəkir Nəbiyevin anadan olmasının 80 illiyinə həsr edilmiş tədbir keçirilib.
   
   Yığıncaq iştirakçıları əvvəlcə binanın foyesində yubilyarın həyat və yaradıcılığını əks etdirən sərgiyə baxıblar. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun giriş sözündən sonra akademik, Milli Məclisin deputatı İsa Həbibbəylinin “Bəkir Nəbiyevin yaradıcılığı: elmdə klassik ənənə və müasirliyin vəhdəti” mövzusunda məruzəsi dinlənilib. Məruzə ətrafında çıxışlarda Bəkir Nəbiyevin Azərbaycan ədəbiyyatşünaslığında, elmi kadrların hazırlanmasında əvəzsiz xidmətlərindən ətraflı söz açılıb. Müxtəlif elm və mədəniyyət təşkilatlarından yubilyarın ünvanına təbriklər səsləndirilib.