Oktyabrın 1-də Muzey Mərkəzində Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanın və Gürcüstanın rusdilli yazıçılarının Yuri Dolqoruki adına mükafatla təltif olunması mərasimi keçiriləcək. Rusiyanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, tədbir çərçivəsində bu mükafata layiq görülən üç laureatın və diplom veriləcək üç yazıcının adı məlum olacaq. Qaliblərə medal və pul mükafatları təqdim ediləcək. Mükafatlandırma mərasimində Azərbaycan Yazıçılar Birliyindən, Y.Dolqoruki adına Beynəlxalq Əməkdaşlıq Fondunun Moskva nümayəndəliyindən qonaqların iştirakı gözlənilir.